Pakistanda Facebook, YouTube və Twitter bloklandı
Pakistanda cümə günü müvəqqəti bərpa olunduqdan sonra Facebook, YouTube və Twitter şənbə günü tamamən bloklanıb.
AFN.az xəbər verir ki, bu barədə Reuters öz mənbələrinə istinadən xəbər verib. Bildirilib ki, Pakistanın Daxili İşlər Nazirliyi ölkənin antikorrupsiya qurumu tərəfindən keçmiş baş nazir İmran Xanın saxlanmasından sonra çərşənbə axşamı gecəsi iğtişaşlar fonunda ölkə daxilində genişzolaqlı mobil rabitə xidmətlərini dayandırıb və Facebook, YouTube və Twitter-ə girişi bloklayıb.
Agentlik mənbələri bildirib ki, sosial media nəhəngləri cümə axşamı yenidən əlçatan olub, lakin şənbə günü yenidən bloklanıb.