SOCAR-dan azyaşlıların düşərək öldüyü quyu ilə bağlı AÇIQLAMA


Məlum olduğu kimi, ötən gün Sabunçu rayonunun Maştağa qəsəbəsi Xanlar yaşayış massivində 10 yaşlı iki uşaq quyuya düşərək həlak olub.


“Qafqazinfo” hadisənin baş verdiyi ərazidə olub, bədbəxt hadisənin təfərrüatını araşdırıb. Azyaşlıların yaxınlarının iddiasına görə, həmin quyu da daxil olmaqla, ərazidə ümumilikdə 7 neft quyusu SOCAR-ın balansındadır. Lakin quyuların ağzı açıq olduğundan uşaqlar dərinliyi təxminən 20 metrdən çox olan quyuya düşüblər. Onların bildirdiyinə görə, hazırda istismara yararsız olan quyuların mühafizəsi həyata keçirilmir.

Hadisə ilə bağlı SOCAR-a sorğu ünvanladıq. Qurumdan sözügedən quyuların Dövlət Neft Şirkətinin balansında olmadığı bildirildi: “Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgir Xanlar yaşayış massivində baş vermiş bədbəxt hadisə ilə bağlı bildiririk ki, həmin ərazi və ərazidə yerləşən quyular Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) balansında deyil.

Dünyasını dəyişən azyaşlıların valideynlərinə dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, hadisə ötən gün axşam saatlarında baş verib, azyaşlıların cəsədləri sakinlər və FHN-nin xilasedicilərinin köməyi quyudan çıxarılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu