Uraz Kaygılaroğlu 140 kilodan 76 kiloya necə düşdü? - FOTOLAR


20 yaşlarında 140 kiloqram olan tanınmış türkiyəli aktyor Uraz Kaygılaroğlu sərt pəhrizlə təxminən 70 kiloqram arıqlayıb.


AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Kaygılaroğlu arıqlama sirrini izləyiciləri ilə bölüşüb. Qidalanmasına fikir verən və mütəmadi olaraq idman edən məşhur aktyorun sirri görün nədən ibarətdir.

İlk dəfə 2008-ci ildə "Es Es" serialı ilə ekrana çıxan Uraz Kaygılaroğlu 2011-ci ildə çəkildiyi gənclik serialı "Pis Yedili" ilə adını sənətə yazdırıb.

Gəncliyində 140 kilo olan məşhur aktyor sərt pəhrizlə təxminən 70 kilo arıqlayıb. Bir çox sevilən serialda rol alan Kaygılaroğlu əməliyyatsız arıqlamanın düsturunu verib.

Onu 140 kilodan 76 kiloya salan pəhrizi təqdim edirik:

Səhər yeməyindən əvvəl 1 stəkan ilıq su və 1 stəkan normal temperaturda su içməyi məsləhət görən məşhur sənətçi günün ilk yeməyində 2 dilim ağ pendir və ya 1 yumurta təklif edib.

1 dilim pendir, bol çiy tərəvəz və 2 nazik dilim çörəyin istehlak edilə biləcəyini söyləyən Kaygılaroğlu, səhər saatlarında 1 porsiya təzə meyvənin istehlak edilməsi lazım olduğunu vurğulayıb.

Günorta saatlarında 2 və ya 3 küftə və ya eyni miqdarda ətin istehlak edilməsini tövsiyə edən Kaygılaroğlu, 1 dilim nazik çörək və salat istehlakına diqqət çəkib.

Məşhur günortadan sonra 2 dilim çörək və 1 ağ pendir istehlak edilməsi lazım olduğunu deyib. O, axşam saatlarında 2 stəkan ayran və ya 1 stəkan qatıq, salat və 1 dilim çörək təklif edib.

Gecələr istəyə görə bir ovuc badam, qoz və ya fındıq istehlak edilə bilər.

Kaygılaroğlu sonda su istehlakının vacibliyini vurğulayıb.


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu