AFFA Heydər Əliyevin 100 illiyinə həsr olunan turnir keçirəcək


Mayın 26-da AFFA-nın təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçiriləcək.


AFFA-nın saytının yaydığı məlumata görə, Bakı Olimpiya Stadionunda təşkil olunacaq turnirdə 10 komanda iştirak edəcək: AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Sponsorlar.

Komandalar 2 qrupa bölünəcəklər. Hər qrupda 5 komanda mübarizə aparacaq. Qruplarda birinci yeri tutan komandalar arasında turnirin qalibini müəyyənləşdirmək üçün final oyunu keçiriləcək.
Turnirə saat 16:30-da start veriləcək. Final oyunu saat 20:00-da başlayacaq. Oyunlar Bakı Olimpiya Stadionunun əsas meydanında keçiriləcək.

Oyunları izləmək istəyən azarkeşlər və mətbuat nümayəndələri üçün stadiona giriş sərbəst olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu