Google-un sahibinin uşaqlıqda yaşadığı evi bu məşhur aldı
Google-un hindistanlı baş direktoru Sundar Piçainin uşaqlıq evi məşhur hind aktyoru tərəfindən alınıb.
AFN.az bu barədə xarici mediaya istinadən xəbər verir. "Sundar Piçai ölkəmizi qürurlandırdı və yaşadığı evi almaq mənim həyatımın qürurlu nailiyyəti olacaq" - deyə tanınmış aktyor Manikandan hisslərini bölüşüb.
Piçainin 20 ilini bu evdə keçirdiyini bildirən Manikandan, onun anası tərəfindən filtrli qəhvəyə qonaq edildiyini və atası ilə ilk görüşdən sonra evi aldığını açıqlayıb.
Aktyor bildirib ki, Piçainin atası evi satdığı zaman çox üzüldüyünü deyib. Hind aktyoru evə sahib olduğu üçün xoşbəxt olduğunu və 18 aya burada villa tikəcəyini bildirib.
Google CEO Sundar Pichai Çennayda anadan olub və 1989-cu ildə metallurgiya mühəndisliyi üzrə təhsil almaq üçün şəhəri tərk edənə qədər həmin evdə qalıb.