Rəsul Rzanın ev-muzeyinin təmiri üçün tender elan olunacaq


Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın Bakının mərkəzində yerləşən ev-muzeyinin təmir və bərpası ilə əlaqədar tender elan olunacaq.


Bunu “Report”a açıqlamasında R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, məsələ ilə bağlı ciddi yenilik yoxdur: "Mədəniyyət Nazirliyindən mənə zəng etmişdilər. Bildirdilər ki, muzeyin təmiri üçün tender elan olunmalıdır. Tenderdən sonra təmirə başlayacaqlar”.

Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu