Naxçıvan şəhər poliklinikasının baş həkimi işdən çıxarılıb


Naxçıvan şəhər Poliklinikasının Baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.


Bununla bağlı muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Onun digər əmri ilə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib.

1978-ci il təvəllüdlü Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu