DİN-dən hakim sürücüsü olduğu deyilən şəxslə bağlı AÇIQLAMA+VİDEO


Sosial şəbəkələrdə Bərdə rayonunda polis əməkdaşları ilə sürücü arasında mübahisəni əks etdirən görüntülər yayılıb.


AFN.az xəbər verir ki, görüntülərdə Bərdə rayon məhkəməsinin hakimlərindən birinin sürücüsü olduğu deyilən şəxs polisə müqavimət göstərir. İddialara görə, sürücünün işəgötürəni olan hakim də insidentdə iştirak edir. Onun sürücünü polislərin əlindən almağa yardım edənlərdən biri olduğu bildirilir. Hakimin adını dəqiqləşdirə bilməsək də, Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı mövqe aldıq.

Nazirliyin mətbuat xidmətinin regional qrupundan AFN.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Rayon Polis Şöbəsinin Dövlət Yol Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı yolun sağ hərəkət hissəsində dayanma-durma qadağandır nişanının tələbini pozan, üzərində əlavə avadanlıq quraşdırılmış "Qaz-24" markalı avtomobil müəyyən edilib və müvafiq qaydada protokol tərtib edib. "Bu vaxt bir nəfər şəxs polis əməkdaşına yaxınlaşaraq əlindəki bort komputeri alaraq qaçmağa cəhd göstərib. Polis əməkdaşları tərəfindən həmin şəxsdən bort komputer geri alınıb".
Araşdırmalar zamanı müəyyən edilib ki, bort komputeri polis əməkdaşının əlindan alaraq qaçan şəxs rayon məhkəməsində sürücü vəzifəsində çalışan Telman Həsənovdur.

Araşdırmalar davam etdirilir.

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir" - deyə nazirliyin məlumatında bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu