Binəli Yıldırımdan kabinədən gec çıxan həyat yoldaşına: "Xanım, qərar verə bilmədin?
AK Partiya sədr müavini Binəli Yıldırım prezident seçkilərinin ikinci turunda səs vermək üçün həyat yoldaşı Semiha Yıldırımla birlikdə Tuzladakı Emlak Konut Cəmil Meriç İbtidai və Orta Məktəbinə gəlib.
Binali Yıldırım saat 12:00 radələrində gəldiyi məktəbdə 1055 nömrəli seçki qutusunda şəxsiyyətini təsdiq edən sənədləri məmurlara təqdim edərək səsvermə hüququndan istifadə edib. Binəli Yıldırımın həyat yoldaşı Semiha Yıldırım da eyni qutuda səs verib. Semiha Yıldırım səsini nəvəsi Erhan Yıldırımla birlikdə verib. Binəli Yıldırım kabinədən 30 saniyə gec çıxan həyat yoldaşına gülərək "Nə oldu xanım, qərar verə bilmədiniz?" – deyə soruşub. Bu dialoq məntəqədə olanların da gülüşünə səbəb olub.
Daha sonra Binəli Yıldırım səs verdiyi məktəbin bağçasında madiaya açıqlamalar verib.
Açıqlamanı təqdim edirik:
"İlk seçkini mayın 14-də keçirdik. Parlamenti və onun millət vəkillərini seçdik. Xalq Alyansı olaraq 323 millət vəkili ilə parlamentdə çoxluğa nail olduq. Bir az Prezident seçkisində əskikliyimiz var idi. Mütləq çoxluğa ehtiyac olduğu üçün Prezident seçkisi bu gün təkrarlanır. Ölkəmiz və millətimiz üçün xeyirli olsun. Türkiyənin ehtiyac duyduğu güvən, sabitlik və təcrübədir. Ümid edirəm ki, bu seçki nəticəsində Türkiyənin yüz illiyinə xalq olaraq liderimiz Rəcəb Tayyib Ərdoğanla birlikdə inamlı addımlarla girəcəyik. Seçkilərin ölkəmizə, millətimizə, insanlığa xeyirli olmasını arzu edirəm”.
Mənbə:İHA