Paşinyan: "Bakı və İrəvan 1975-ci ilin xəritələrinə əsaslanan delimitasiyaya etiraz etmir"


Azərbaycan və Ermənistan 1975-ci ilin xəritəsini növbəti delimitasiya üçün əsas götürməyə etiraz etmirlər.


AFN.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşü zamanı deyib. O, bunu ərazi bütövlüyünün tanınması istiqamətində növbəti addım adlandırıb.

“Biz tərəflərin suverenliyi və yurisdiksiyası altında 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndinin icrası ilə bağlı regional kommunikasiyalar açmağa hazırıq”, - Paşinyan bildirib.

O, beştərəfli görüşü faydalı adlandırıb.

Paşinyan bildirib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması məsələsi Alma-Ata Bəyannaməsi əsasında SSRİ-nin inzibati sərhədlərinin dövlət sərhədləri kimi tanınması əsasında müzakirə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu