Yol hərəkəti qaydalarını tənzimləmək üçün kompleks yanaşma lazımdır - EKSPERT


Sürücülərin etdiyi bəzi qayda pozuntularına görə inzibati cərimələrin əhəmiyyətli dərəcədə artırılması gözlənilir. Milli Məclis bununla bağlı qanun layihəsini artıq 1-ci oxunuşda müzakirə edib. Yəqin ki, bu dəyişikliklər avqust-sentyabr aylarında qüvvəyə minəcək.


AFN.az xəbər verir ki, MM-də müzakirə edilən qanun layihəsi vətəndaşlar arasında etirazla qarşılanıb. Bir çoxları cərimələrin ölkədəki minimum əməkhaqqı ilə uzlaşmadığını əsas gətirərək, yüksək məbləğlərə etiraz edirlər. Cərimələrin artırılması ilə mövcud problemin aradan qaldırılmayacağını deyənlər də var.
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov məsələni şərh edərkən bildirib ki, yollarımızda təhlükəsizliyi daha yüksək səviyyəyə qaldırmaq üçün "Yol hərəkəti təhlükəsizliyinə dair" Dövlət Proqramını icra etmək lazımdır: "Xüsusən də bu Proqramın tədbirlər planının 7.4.4.1-ci yarımbəndini həyata keçirmək lazımdır. Həmin yarımbənddə mexaniki nəqliyyat vasitələri sürücülərinin hazırlanması, ixtisasının artırılması, nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsi verilməsini tənzimləyən qaydaların təkmilləşdirilməsi nəzərdə tutulur. Bunsuz təhlükəsizliyi artırmaq mümkün deyil".
Ekspertin fikrincə, buna paralel olaraq görüləsi işlər çoxdur. "Kompleks tədbirlər görülməlidir ki, arzulanan nəticələrə nail olaq" - deyə Ə.Hüseynov qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu