Türkiyə Kosovodakı NATO qüvvələrinin komandanlığını öz üzərinə götürəcək
Türkiyə NATO-nun Kosovo və Metohiyadakı (KFOR) kontingentinin komandanlığını öz üzərinə götürəcək.
Bu barədə Bloomberg Türkiyə rəsmilərinə istinadən məlumat yayıb.
“Bölgədə son on ilin ən şiddətli toqquşmalarından” sonra Alyansda ABŞ-dan sonra ikinci ən böyük hərbi gücə malik olan Türkiyənin oktyabr ayında NATO-nun Balkanlardakı daha əvvəl İtaliyanın rəhbərlik etdiyi missiyanı üzərinə götürəcəyi gözlənilir.
Bundan əvvəl tanınmamış Kosovo Respublikasının prezidenti Vyosa Osmani NATO-nun KFOR sülhməramlı qüvvələrinin Kosovo NATO-ya qəbul olunana qədər bölgədə qalacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Türkiyə NATO-nun tələbi ilə Kosovoya xüsusi təyinatlılardan ibarət bir batalyon göndərmişdi. Ankara NATO-nun Müttəfiq Qüvvələri Komandanlığının sorğusuna cavab olaraq 65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının bir batalyonunun ehtiyat hissə kimi yerləşdirildiyini açıqlayıb.