Şinzo Abenin qətli ilə bağlı dinləmə naməlum paketə görə ləğv edilib


Yaponiyada keçmiş baş nazir Şinzo Abenin qətli ilə bağlı ilk hazırlıq iclası məhkəmə binasına çatdırılan şübhəli bağlamaya görə ləğv edilib.


AFN.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.

İclas iyunun 12-də günorta saatlarında Nara şəhərinin rayon məhkəməsində keçirilməli idi. Lakin başlamazdan əvvəl naməlum göndəricidən binaya şübhəli bağlama gəlib.

Nəticədə bütün əməkdaşlar və məhkəməyə gələnlər təxliyə edilib. Daxil olan əşyada partlayıcı maddənin olub-olmadığını yoxlamaq üçün həmin yerə bir qrup mütəxəssis göndərilib.

Yaponiyanın keçmiş baş naziri Şinzo Abe 2022-ci il iyulun 8-də Nera şəhərində seçki kampaniyası zamanı sui-qəsd nəticəsində öldürülüb. Yaponiya Hərbi Dəniz Qüvvələrinin keçmiş əsgəri Tetsuye Yamaqami siyasətçiyə arxadan yaxınlaşaraq ov tüfəngi ilə atəş açıb. Yanvarda prokurorlar onu rəsmi olaraq qətldə ittiham ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu