Azad edilən ərazilərdə daha 42 mina aşkarlanıb


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.


ANAMA-dan AFN.az-a verilən məlumata görə, iyunun 5-dən 10-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 16, tank əleyhinə 26 mina və 57 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 146 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu