Ermənistanın hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq: Azərbaycan XİN


“Ermənistanın hərbi təxribatlarının qarşısı qətiyyətlə alınacaq”.


Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın Laçın dövlət sərhədindəki buraxılış məntəqəsinə qarşı hərbi təxribatı barədə yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistan tərəfinin Azərbaycanın erməni sakinlərinin cəmiyyətimizə reinteqrasiyasına mane olmaq istiqamətində cəhdləri uğursuz olacaq: “Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfinin bu təxribatını qətiyyətlə pisləməyə və Ermənistanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkindirməyə çağırırıq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu