“Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırıldı


Hazırda "Laçın” sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb.


Bu barədə "Caliber” "Telegram” kanalında dərc olunan xəbərdə qeyd olunub.

"Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, eyni zamanda Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər sərhəd-buraxılış məntəqəsinin fəaliyyətində dəyişiklik edilməyəcək”, – məlumatda vurğulanır.

Qeyd edək ki, bu gün saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.

Öz növbəsində Azərbaycan ordusu baş vermiş təxribata qəti cavabını verib.

Belə ki, 15 iyun 2023-cü il tarixdə "Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçumuzu yaralamış Ermənistan ordusunun iki snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu