Ümumdünya Təbiət Fondu Rusiyada arzuolunmaz elan edilib


Ümumdünya Təbiət Fondunun (WWW) fəaliyyəti Rusiyada arzuolunmaz hesab olunub.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə qərarı Rusiya Baş Prokurorluğu qəbul edib. Nəzarət qurumu fondla bağlı sənədləri Ədliyyə Nazirliyinə göndərib.

"Əslində Böyük Britaniya vətəndaşı N.İsdell-in rəhbərliyi altında ətraf mühitin mühafizəsi və ekoloji maarifləndirmə adlanan tədbirlərdən WWF iqtisadi sahədə təhlükəsizlik təhdidləri yaradan layihələrin həyata keçirilməsi üçün pərdə kimi istifadə olunur", - deyə Rusiya Baş Prokurorluğundan bildirilib.

Departament qeyd edib ki, WWF üzvləri razılaşdırılmamış kütləvi etiraz aksiyalarında iştirakla əlaqədar hüquqpozma törətdiklərinə görə inzibati məsuliyyətə cəlb edilmiş xarici agentlərin reyestrinə daxil edilmiş Rusiya qeyri-kommersiya təşkilatlarına maddi və metodiki dəstək göstərib. Hüquq-mühafizə orqanının fikrincə, bu, ölkənin daxili işlərinə müdaxiləni göstərir.

Ümumdünya Təbiət Fondu Rusiyada xarici agent kimi tanınıb. WWF nümayəndələri "Kommersant"a bildiriblər ki, onlar qərara məhkəmədə baxılmasını tələb edəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu