Deputat: Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar


Tarif Şurası dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini təyin etsə daha yaxşı olar.


“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin növbədənkənar sessiyasının plenar iclasında “Dərman vasitələri haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

T.Mirkişili bildirib ki, dərmanların baha olmasının səbəbləri istiqamətində aparılan araşdırmalara görə, ölkədə bəzi dərman vasitələrinin qiymətləri həqiqətən də dəfələrlə yüksəkdir, qıtlıq var, beynəlxalq şirkətlər ölkəni tərk edir:

“Səbəblər arasında isə qeydiyyat prosesinin kifayət qədər çətin olması, ekspertizanın tam şəffaf olmaması, Tarif Şurasının qiyməti birbaşa təyin etməsi və s. məsələlər yer alıb. Hiss olunur ki, adıçəkilən qanuna təklif edilən dəyişikliklər hazırlanarkən bu məsələlər dərindən təhlil olunub. Təklif edirəm ki, qanunda Tarif Şurasının artıq dərmanların qiymətini deyil, qiymətlərin yuxarı həddini müəyyən etsin. İqtisadiyyatda belə yanaşma var ki, əgər siz hər hansı məhsulun qıtlığına nail olmaq istəyirsinizsə ona qiymət təyin edin”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu