Çimərlikdə insanların həyatını təhlükəyə atan avtoxuliqan cəzalandırıldı - YENİLƏNİB + VİDEO


Çimərliklərin birində təhlükəli manevrlər edən nəqliyyat vasitəsinin sürücüsünə protokol tərtib edilib.


Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, hadisəni törədən 10-RJ-032 dövlət nömrə nişanlı VAZ-21074 markalı minik avtomobilinin sürücüsü Lənkəran şəhər sakini 2002-ci il təvəllüdlü Rəşad Rövşən oğlu Heydərzadə barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3 maddəsi ilə (mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə) protokol tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsinin pozulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

***

Xəzər sahilindəki çimərliklərin birində təhlükəli anlar yaşanıb.


Bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə bir nəfərin ağ rəngli VAZ avtomobili ilə insanların istirahət etdikləri məkanda avtoxuliqanlıq etdiyi əks olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Görüntülərdən məlumatlıyıq. Araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu