UNESCO Baş direktorunun müavini: Pandemiya yeniyetmələrə böyük fiziki və psixoloji təsir göstərib


Koronavirus pandemiyası yeniyetmələrə böyük fiziki və psixoloji təsir göstərib.


"Report" xəbər verir ki, bunu UNESCO Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS VII) yekunlarına dair brifinqdə deyib.

Onun sözlərinə görə, UNESCO idmanın inkişafı üçün müraciət edən ölkələrə dəstək verməyə hazırdır: “Məsələn, məktəblərdə gündəlik bədən tərbiyəsi dərsləri təşkil etməklə, bununla da gəncləri idmana həvəsləndirmək”.

O, UNESCO-nun xüsusilə həssas bölgələrdə və münaqişə zonalarında bu təşəbbüsü təşviq etməsinin vacibliyini bildirib.

"İdmanla məşğul olmaq onların vəziyyətinə müsbət təsir göstərə bilər. Biz də qaçqın düşərgəsində işləyirik, onlar idman vasitəsilə müharibənin psixoloji təzyiqindən yaxa qurtara bilərlər. Əfqanıstanda qadınların hüquqlarının təminatı və idman oyunlarında iştirakı ilə bağlı problemlər var. Amma biz bu ölkədə işimizi davam etdirəcəyik”, - Q.Ramos vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu