Bulvarda dekorativ ağaca zədə vuran qadın cərimələnib - YENİLƏNİB
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran T.Ə. (ad, soyadı şərti) cərimələnib.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.
Qadının azyaşlı uşağının olması nəzərə alınaraq T.Ə.-yə yüngül cəza verilib, o, 75 manat məbləğində cərimə olunub.
***
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran T.Ə.-nin (ad, soyadı şərti) barəsində inzibati protokol tərtib edilib.
Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, qadın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
Hazırda protokol hakim Ülviyyə Şükürovanın icraatına verilib.
Qeyd edək ki, T.Ə.-ni 50 manatdan 100 manatadək məbləğdə cərimə və ya 15 günədək müddətə inzibati həbs cəzası gözləyir.
***
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.