Hindistanda ildırım çaxması nəticəsində 12 nəfər ölüb
Hindistanda bir gündə ildırım çaxması və yağışla əlaqədar qəzalar nəticəsində 12 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bu barədə iyulun 5-də bütün Hindistan radiosu rəsmilərə istinadən məlumat yayıb.
Radio xidmətinin məlumatına görə, qurbanların maksimum sayı yağışlar zamanı insanların tarlalarda işlədiyi zaman qeydə alınıb. Qəzalar Bihardada qeydə alınıb. İldırım çaxması nəticəsində Buxar və Bankda 4 nəfər ölüb, Katihar, Kaimur, Bhaqalpur, Rohtas, Cehanabad, Camui və Aurangabad rayonlarında isə bir ölüm qeydə alınıb. Mungerdə leysandan sonra divarın uçması nəticəsində isə bir nəfər ölüb, iki nəfər yaralanıb.
Bihar Baş Naziri Nitiş Kumar həlak olanların ailələrinə başsağlığı verib və hadisə zamanı qohumu ölən hər bir ailə üzvünə 4 milyon rupi (4880 ABŞ dolları) məbləğində təzminat ödənilməsini göstəriş verib.
Bundan əvvəl, aprelin 16-da Kolumbiyanın qərbində şiddətli tufan zamanı Loma Larqa kəndinin sakinləri açıq ərazidə binqo oynayıblar. Nəticədə bir qrup insanı ildırım vurub, 5 nəfər ölüb, 9 nəfər ağır yaralanıb.