Dövlət xidməti tərəfindən istehlakçılara dəymiş külli miqdarda ziyan ödənilib


“2023-cü ilin altı ayında istehlakçı hüquqlarının müdafəsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı Hüquqlarının Müdafiəsi Şöbəsinə ümumilikdə 2701 müraciət daxil olub”.


Bunu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Roman Qaraşov deyib.

Onun sözlərinə görə, keçən ildən qalıq qalan 475 müraciət (istehlakçı hüququ ilə bağlı) də nəzərə alınmaqla, hesabat dövründə ümumilikdə 3176 müraciətə baxılıb:

“Baxılmış müraciətlərdən 1187-si təmin olunub, 1371-i üzrə qanunamüvafiq izahat və tövsiyə verilib, 160-ı baxılması üçün aidiyyəti orqanlara göndərilib, 10-u baxılması üçün aidiyyəti üzrə müraciət olunması tövsiyə edilib, 22-si zəruri sənədlər təqdim edilmədiyindən baxılması dayandırılıb, 426 müraciət üzrə hazırda araşdırmalar davam edir.

Hesabat dövründə təmin olunmuş müraciətlər üzrə 186,010.82 manat vəsait istehlakçılara qaytarılıb, 34,687.50 manat dəyərində dəymiş ziyan ödənilmişdir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu