Müəllimlərin nəzərinə: Minimum bal yaxın zamanda açıqlanacaq
Oxu.Az-ın məlumatına görə, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
Onun sözlərinə görə, vakansiya seçimi əvvəlcə şəhid ailələrinə açıq olacaq:
“Vakansiya seçimində iştirak üçün minimum bal yaxın zamanda açıqlanacaq. MİQ-in təşkilində əsas məqsəd vakant yerlərin tam tutulmasıdır.
Təəssüf ki, bəzi namizədlər test imtahanında uğur qazanıb, müsahibə mərhələsində iştirak etmirlər. Müəllim müsahibədə uğur qazansa da, iş yerindən imtina edir. Bu addım məktəbdə kadr ehtiyacının ödənməməsi deməkdir”.
O qeyd edib ki, prosesdən iki həftə əvvəl müəllimlərə dəvətlər göndərilir:
“Test imtahanında nəticə onları qane etməsə, vakansiya seçimində iştirak etməmələrini xahiş edirik. Əks halda boş qalan vakant yeri bir illik müqavilə ilə daimi işləyən müəllimlə əvəz etmək məcburiyyətində qalırıq”.