Qanunsuz erməni silahlı dəstələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdinin qarşısı alınıb


Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.


Bu barədə AFN.az-a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu