Bu gün ölkədə satılan qarpızların kimyəvi göstəriciləri norma daxilindədir - RƏSMİ


"Bu gün ölkədə satılan qarpızların kimyəvi göstəriciləri norma daxilindədir".


"Report" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qarpızdan ancaq kimyəvi zəhərlənmə halları ola bilər, Qarpızdan vizual əlamətləri ortaya çıxan zəhərlənmə olmur: "Çünki bu məhsul mədə-bağırsaq pozuntuları edəcək zəhərlənmə deyil. Zəhərlənmə o zaman ola bilər ki, məhsula pestisid qalığı normadan artıq vurulsun. Qarpız spesifik meyvədir, tərkibində elə komponentlər var ki, yağlı məhsullarla qarışanda ciddi problem yaradır. Qarpızı uyğunsuz qida məhsulları ilə qəbul etmək olmaz".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu