Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB


Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı cinayət işi açılıb.


Bu barədə AFN.az-a Baş prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - məlumatda qeyd olunub.

***

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb.


DİN-in mətbuat xidmətindən AFN.az-a bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu