Ukraynalı qadınlar cəbhədə işdöyüşə hazırlaşırlar


Ukrayna ordusunda qadınların cəbhədə müxtəlif vəzifələrdə iştirak etmələri üçün hazırlıq prosesi davam edir.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Ukrayna ordusunun 60 mindən çox qadından ibarət 128-ci Karpat Dağ Hücum Briqadası hərbi fəaliyyətlər həyata keçirir.

Briqadadakı qadınlar da cəbhə xəttində müxtəlif sahələrdə vəzifələrin öhdəsindən gəlmək üçün Zaporojye vilayətində hazırlıq işlərini davam etdirirlər.

Qadınlar, o cümlədən hərbi mətbuat xidmətinin əməkdaşları, səhiyyə ekspertləri və psixoloqlar üçün maarifləndirici tədbir təşkil edilib.

Cəbhədəki vəziyyətə oxşar şəraitdə müxtəlif maneələrdən keçən qadınlar müxtəlif müharibə ssenariləri üzərində işləyərək nəzarət ediblər.

Tədbirin sonunda sözügedən qadınlara briqadaya aid olduqlarını bildirən beretlər təqdim olunub.

128-ci Karpat Dağ Hücum Briqadasının mətbuat katibi Anna Dzumza, "Bu gün bu tədbirdə yalnız qadınlar iştirak etdi. Biz bu qadınları psixoloji olaraq cəbhədə davam etməyə hazırlayırıq" - deyə bildirib.

Sözügedən qadınların briqadada müxtəlif vəzifələr daşıdığını qeyd edən Dzumza bildirib ki, qadınların hamısı müxtəlif peşə sahələrindəndir: "Aralarında həkimlər, psixoloqlar və mətbuat işçiləri var. Səhiyyə işçisi olan qadınlar əsgərlərə tibbi yardım göstərəcək, psixoloqlar isə əsgərlərə psixoloji dəstək verəcək".

Dzumza qeyd edib ki, qadınların cəbhədəki əsgərlərə kömək etmək üçün psixoloji cəhətdən hazır olması lazımdır: "Bu gün çətin şəraitdə hazırlaşırdılar. Heç kim yarı yolda qalmadı, uğur qazandılar. Təlimdən sonra qadınların hamısı cəbhəyə gedəcək. Bunun üçün onlara beret hədiyyə edildi".

Ukrayna ordusunda 60 mindən çox qadın olduğu barədə məlumatı paylaşan Dzumza bir çox qadının könüllü olaraq orduya qatıldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu