Çin Ay missiyalarında istifadə olunacaq yeni kosmik gəmini 2027-ci ilə qədər bitirməyi planlaşdırır


Çin yeddi nəfərlik ekipajı olan ilk təkrar istifadə edilə bilən kosmik gəminin tikintisinin 2027-ci ilə qədər tamamlanacağını açıqlayıb.


"South China Morning News"un xəbərinə görə, Çinin insanlı kosmos proqramı çərçivəsində ölkənin Aya insanlı enişi və səthdə kosmos stansiyası tikintisi layihələri üçün yeni kosmik gəmi istehsal ediləcək.

Çin İnsanlı Kosmik Agentliyinin (CMSA) səlahiyyətliləri, hələ adı açıqlanmayan bu yeni kosmik gəminin 2027-ci ildə qaldırılacağını və 2030-cu ildən əvvəl həyata keçirilməsi planlaşdırılan Aya insanlı uçuşda istifadə ediləcəyini bildiriblər.

Bu çərçivədə 7 nəfərlik kosmik gəminin dizaynının Çinin Shincou kosmik gəmisi ilə müqayisədə 1650 dərəcə Selsiyə qədər yüksək temperaturlara qarşı 3-4 dəfə daha davamlı olacağı açıqlanıb.

Kosmik missiyaların xərclərini azaltmaq istədiklərinə diqqət çəkən səlahiyyətlilər, yeni kosmik gəminin yalnız istilik izolyasiyası dəyişdirilərək on dəfə istifadə üçün nəzərdə tutulduğunu qeyd ediblər.

Təxminən 8,8 metr uzunluğunda olan kosmik gəminin çəkisi otuz faiz azalaraq 21,6 tona çatdırılacaq.

Mütəxəssislər daha yüngül olması üçün nəzərdə tutulan yeni kosmik gəminin SpaceX-in 9,5 tonluq Dragon V2 kosmik gəmisi ilə müqayisədə daha üstün olacağını düşünürlər.

Digər tərəfdən, sözügedən kosmik gəminin real ölçülü prototipi 2020-ci ildə 67 saatlıq sınaq uçuşunu uğurla tamamlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu