Nyu Yorkda ən ucuz mənzil 80 min dollardır


Nyu-Yorkda satılan ən ucuz mənzilin qiyməti 80 min dollardır.

AFN.az "New York Post"a istinadən xəbər verir ki, söhbət Nyu-Yorkun Yamayka məhəlləsində, Queens səmtində yerləşən studiya tipli mənzildən gedir. Geniş yaşayış otağının içərisində taxta döşəmə, tam təchiz olunmuş mətbəx və yataq otağına bitişik qonaq otağı var. Mənzil 1963-cü ildə tikilmiş binada yerləşir, sakinlərin lifti, camaşırxanası və qarajı var.

Alıcının son üç ildə illik gəliri 40.000 dollar, xalis dəyəri isə 25.000 dollar olması şərti ilə, sahibi obyekti satmağa razıdır. Mənzilin qiymətinin aşağı olması ərazi ilə əlaqədardır. Conatan Miller konsaltinq firmasının prezidenti Samuel Millerin sözlərinə görə, yerli studiyalar həmişə nisbətən ucuzdur, lakin nadir hallarda satışa çıxarılır.

Bundan əvvəl Metrium mütəxəssisləri Moskvada yeni tikilidə ən ucuz mənzilin qiymətini açıqlamışdı. Ən sərfəlisi Veşnyaki ərazisində 12 kvadratmetrlik mənzil olub. Mənzilin dəyəri 35 min dollar civarında olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu