Çempionlar Liqası: "Qarabağ"ın III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
"Report"un məlumatına görə, "köhlən atlar" II raundda Polşanın "Rakuv" komandasını keçəcəyi təqdirdə "Şerif" (Moldova) - «Makkabi» (Hayfa, İsrail), "Aris" (Kipr) - BATE (Belarus) cütlərinin qalibi və ya Yunanıstanın AEK komandası ilə üz-üzə gələcək.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab matçları isə 15 avqustda gerçəkləşəcək.