Ali Məhkəmədə könüllülük proqram üzrə qeydiyyat başlayıb
Ali Məhkəmədə könüllülük proqram üzrə qeydiyyat başlayıb.
Qurumdan bildirilib ki, könüllülər Ali Məhkəmənin ayrı-ayrı şöbələrində təcrübə keçəcək, hakimlərin iş təcrübəsini öyrənəcək və məhkəmənin iş fəaliyyəti ilə yaxından tanış olacaqlar.
Qeyd olunub ki, məhkəmə-hüquq sahəsində könüllülük fəaliyyəti fərdin, cəmiyyətin və ümumilikdə, hüquq sisteminin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir: "Könüllülərlə birgə əməkdaşlıq Ali Məhkəmənin gənclər siyasəti sahəsində həyata keçirdiyi tədbir və layihələrin tərkib hissəsidir. Könüllülər Ali Məhkəmədə fəaliyyət göstərdikləri müddət ərzində yeni bilik və bacarıqlar qazanmaq, dünyagörüşlərini daha da artırmaq, hüquq sahəsində öyrəndikləri nəzəri bilikləri praktiki işdə həyata keçirmək şansı əldə edirlər. Eyni zamanda könüllülərin fərdi inkişafına hesablanmış müxtəlif təlim və seminarlar təşkil edilir".
Ali Məhkəmədə könüllülük fəaliyyətinin müddəti 3 ay nəzərdə tutulub. Bu müddət ərzində könüllülər növbəli şəkildə (I növbə: 09:00 - 13:00; II növbə: 14:00 - 18:00) aidiyyəti struktur bölmələrdə çalışacaqlar.
Namizədlərə dair tələblər:
- 17-25 yaş aralığında gənclər;
- Ali təhsil müəssisəsinin bakalavr-magistr pilləsində təhsil alan və ya təhsilini başa vurmuş şəxslər.