XİN sözçüsü Paşinyana cavab verib: Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır


Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağa göndərilən yükün guya “həyati əhəmiyyət kəsb edən ərzaq malları” olmasına dair tvitinə cavab verib.


XİN sözçüsü tviterdə yazıb: “Bu, təmiz təxribatdır və erməni tərəfinin manipulyasiyasıdır. Azərbaycanın suveren ərazilərinə “humanitar yardım” adı altında və Azərbaycanın razılığı olmadan avtomobil karvanlarının göndərilməsi onun ərazi bütövlüyünə və suverenliyinə qəsddir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu