Ukraynalı pilotlara F-16 təlimi Polşa və Danimarkada keçiləcək


ABŞ F-16 döyüş təyyarələri üçün ukraynalı pilotlara veriləcək təlimin Polşa və Danimarkada keçiriləcəyini və təqvim üzərində işləməyə davam etdiklərini bildirib.


Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Rumıniya və Danimarkada ukraynalı pilotlara F-16 təlimi veriləcəyini qeyd edən Kirbi, təlimin veriləcəyi dəqiq yerlər və cədvəl üzərində hələ də çalışdıqlarını bildirib.

Kirbi təhsil üçün başqa yerlərin də ön plana çıxa biləcəyini vurğulayıb.

İngiltərənin də ukraynalı pilotların təyyarələrdən istifadə etmələri üçün dil təhsilinə başladığını ifadə edən Kirbi, ukraynalı pilotların yetişdirilməsində bacardıqları qədər tez hərəkət etmək istədiklərini qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu