BƏƏ prezidenti Bin Zayedin qardaşı vəfat edib


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın qardaşı və Əbu-Dabi prezidentinin nümayəndəsi Şeyx Səid bin Zayed Əl Nəhyan vəfat edib.


BƏƏ rəsmi agentliyində yer alan xəbərə görə, bir neçə gün əvvəl səhhətində problem olduğu bildirilən Səid bin Zayidin ölüm xəbəri Rəyasət Heyəti tərəfindən açıqlanıb.

Prezident Şurasının bəyanatında BƏƏ prezidentinin qardaşı, Əbu-Dabi prezidentinin nümayəndəsi Səid bin Zayed Əl Nəhyanın vəfatı ilə əlaqədar ölkədə 3 günlük rəsmi matəm elan edildiyi bildirilib. Bu müddət ərzində bayraqlar yarıya qədər endiriləcək.

İyulun 22-də Rəyasət Heyətinin təfərrüatlara yer verilməyən bəyanatında 58 yaşlı Səid bin Zayedin səhhətində problem olduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu