Ukraynadakı müharibə Afrikada ərzaq təhlükəsizliyini ikiqat artıracaq


Britaniya Müdafiə Nazirliyi gündəlik hesabatında Rusiyanın taxıl sazişindən çıxmasından sonra Afrika ölkələrinin ərzaq vəziyyətini proqnozlaşdırıb.


AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, hesabatda deyilir: “Ukraynadakı müharibənin nəticələri, demək olar ki, ən azı iki il ərzində Afrikada ərzaq təhlükəsizliyini daha da gücləndirəcək”.

"Bild" nəşri yazır ki, təxminən bir il müddətinə olan taxıl sazişi hərbi əməliyyatlara baxmayaraq, Ukrayna taxılının Qara dəniz limanları vasitəsilə təhlükəsiz ixracına imkan verdi. Beləliklə, Efiopiya, Keniya, Somali və Sudan kimi ölkələri qida ilə təmin edən təxminən 30 milyon ton taxıl Afrikaya daxil oldu. Rusiyanın taxıl sazişindən çıxması artıq qiymətlərin bahalaşmasına səbəb olub.

Rusiya prezidenti Vladimir Putin də öz növbəsində Afrika dövlətlərinin nümayəndələrini sakitləşdirməyə çalışır. O, Rusiya Federasiyasının tezliklə bəzi Afrika ölkələrinə 25-50 min ton taxıl tədarük edəcəyinə söz verib. Prezidentin sözlərinə görə, bu, zəngin Qərb dövlətlərinin qazanc əldə etdiyi taxıl müqaviləsinin tam hüquqlu əvəzidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu