DSX-nin əsgəri qəfil vəfat etdi
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət qulluqçusu əsgər Qurbanov Səid Ömər oğlu xidmət etdiyi sərhəd zastavasında sərhəd naryadı xidmətindən qayıdarkən səhhəti qəflətən pisləşib.
DSX-nin Mətbuat mərkəzindən AFN.az-a bildirilib ki, hərbçiyə dərhal ilkin tibbi yardım göstərilməsinə və yaxınlıqdakı yaşayış məntəqəsindən tibb işçilərinin çağırılmasına baxmayaraq hərbi qulluqçunun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hərbi prokurorluq əməkdaşları ilə birlikdə araşdırma aparılır.