Ərdoğan bu gün Ceyhun Bayramovla görüşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovu qəbul edəcək.


Bu barədə məlumatı Türkiyənin Prezident Administrasiyası yayıb.

Görüş prezident iqamətgahında baş tutacaq.
Xatırladaq ki, Ceyhun Bayramov iyulun 31-i Türkiyəyə rəsmi səfərə yola düşüb. O, səfər çərçivəsində türkiyəli həmkarı Hakan Fidan və digər yüksəkvəzifəli rəsmi şəxslərlə görüş keçirəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu