Tunisdə 1500-ə yaxın çörək zavodu sabahdan çörək istehsalını dayandıracaq


Tunisdə sabahdan etibarən təxminən 1500 çörək sexində çörək istehsalının dayandırılmasına qərar verildiyi bildirilib.


Tunisli çörəkçilərin bağlı olduğu Tunis Milli Qurumlar Konfederasiyası Facebook səhifəsində yazılı açıqlama verilib.

Açıqlamada qeyd olunub ki, konfederasiya çətiri altında keçirilən çörəkçilərin toplantısında sabahdan etibarən sayı təxminən 1500-ə yaxın olan konfederasiyaya bağlı bütün çörəkbişirmə müəssisələrində çörək istehsalının dayandırılmasına qərar verilib.

Konfederasiyanın açıqlamasında çörək istehsalının dayandırılması qərarının səbəbi və müddəti göstərilməyib, Tunis səlahiyyətliləri isə hələlik qərarla bağlı açıqlama verməyib.

Maraqlıdır ki, Tunisdə son vaxtlar çörək istehsalında böhran yaşanarkən və çörək qıtlığı səbəbindən çörək sexləri qarşısında uzun növbələr yaranarkən, istehsalın dayandırılması ilə bağlı qərar diqqəti cəlb edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu