Azərbaycan hökuməti inflyasiya ilə bağlı proqnozunu artırıb


Bu il Azərbaycanda orta illik inflyasiya 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır.


“Report” xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilib.

“İlkin proqnozlarda orta illik inflyasiya 6,9 % səviyyəsində nəzərdə tutulsa da, yenidən baxılma zamanı faktiki göstəricilər, gözlənilən meyillər nəzərə alınmaqla 10,4% səviyyəsində olacağı proqnozlaşdırılır”, - deyə sənəddə deyilir.
Gözləntilərə görə, bu, ilkin proqnozdan 3,5 faiz bəndi çoxdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu