Britaniyada ilk dəfə drondan istifadə etməklə poçtun çatdırılması reallaşdırılıb


Böyük Britaniyanın Kral Poçtu ("Royal Mail") dronlardan istifadə edərək ilk əşyaların çatdırılmasına başlayıb.


Bu barədə BBC məlumat yayıb.

"Skyports" tərəfindən hazırlanmış pilotsuz təyyarələr Orkney adaları (Şotlandiyada arxipelaq) arasında çəkisi 6 kq-a qədər olan məktub və bağlamaların daşınmasına başlayıb. İlk növbədə, söhbət Qremsi və Hoi adalarından gedir. Hələlik pilotsuz çatdırılma işi üç ay müddətinə planlaşdırılır, lakin sonradan o, daimi əsasda fəaliyyətə başlaya bilər. Gözlənilir ki, bu cür daşımalar hava şəraiti və təyinat məntəqələrinin əlçatmazlığı səbəbindən poçt xidmətində yaranan fasilələrin qarşısını almağa kömək edəcək.

Dronların sınaqdan keçirilməsi layihəsinin rəhbəri Kris Paxton bildirib ki, pilotsuz təyyarələrdən istifadə edərək, "Royal Mail" indi Birləşmiş Krallığın ən ucqar icmalarından bəzilərinə poçt göndərir. O, həmçinin vurğulayıb ki, dronlardan istifadə əşyaların adi üsullarla çatdırılması zamanı atmosferə buraxılan zərərli maddələrin miqdarını azaldacaq.

İsveçrənin poçt xidməti "Swiss Post" və "Matternet" 2017-ci ildə dronlarla poçt göndərməyə başladı, lakin bağlamalar az qala uşaqların üzərinə düşdüyü üçün xidməti dayandırdı. 2020-ci ildə sistemin texniki təkmilləşdirilməsi ilə əlaqədar pilotsuz təyyarələrin fəaliyyəti bərpa edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu