Rusiya Dunaydakı limanlara pilotsuz təyyarələrlə zərbələr endirə bilər - Britaniya kəşfiyyatı


Britaniya kəşfiyyatının gündəlik hesabatı Rusiyanın taxıl sazişindən çıxdıqdan sonra həyata keçirməyə başladığı Dunay çayı üzərindəki Ukrayna limanlarına hücumlara həsr olunub.


AFN.az BBC-yə istinadən xəbər verir ki, hesabat müəllifləri son iki həftə ərzində Rusiyanın İranın pilotsuz təyyarələrindən istifadə etməklə Dunay çayı üzərindəki Ukrayna limanlarına bir neçə hücum həyata keçirdiyini bildiriblər.

Beləliklə, Rusiya hakimiyyəti beynəlxalq gəmiçilik şirkətlərini bu limanlar vasitəsilə ixracı dayandırmağa məcbur etmək istəyir.

Pilotsuz təyyarələr Rumıniya sərhədindən 200 metrədək olan hədəflərə hücum edib. Bu onu deməyə əsas verir ki, Rusiya NATO ərazisinə yaxın ərazidə hücumlar təşkil etməklə getdikcə daha çox risk almağa hazırdır.

Mümkündür ki, Rusiya bu halda eskalasiya riskinin qanadlı raketlərdən istifadə ilə müqayisədə daha az olduğuna inanaraq, bölgəyə zərbə endirmək üçün pilotsuz təyyarələrdən istifadə edir. Rusiya yəqin ki, dronların dəqiqliyini belə tapşırıqlar üçün məqbul hesab edir və pilotsuz təyyarələrin döyüş başlığı raketlərinkindən xeyli kiçikdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu