Rusiyada "Orion-10" PUA çatışmazlığı var – "The New York Times"


Rusiya yerli istehsal olan "Orion-10" kəşfiyyat PUA-larının çatışmazlığını hiss edir.


AFN.az “The New York Times”a istinadən xəbər verir ki, Moskva yaranan böhrandan çıxış yolunu daha çox İran pilotsuz təyyarələrinin alınmasında görür. Ukrayna hərbçiləri bildiriblər ki, ruslar “Orion”un əvəzinə bəzi başqa dronlardan istifadə etməyə başlayıblar ki, bu da dolayısı ilə düşmənin bu tip PUA çatışmazlığını təsdiqləyə bilər.
Qəzet yazır ki, Rusiyanın “Orion”a alternativ tapmaq çətin olacaq: "Rusiya hərbi sistemləri, xüsusilə pilotsuz təyyarələr ABŞ, Avropa və Asiyada istehsal edilən mikroelektronik komponentlərdən asılıdır. Moskva indi sanksiyalara görə onları almaqda çətinliklər yaşayır".
Sentyabr ayında Rusiya Müdafiə Nazirliyi yerli silah ustalarının hazırlanmış "pilotsuz uçuş aparatları üçün müvafiq taktiki və texniki tələbləri" "yerinə yetirə bilmədiklərini" təsdiqləmişdi.
Ukrayna tərəfinin hesablamalarına görə, tammiqyaslı işğal başlayandan bəri Ukrayna Silahlı Qüvvələri Rusiyanın 1564 pilotsuz təyyarəsini məhv edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu