Ukrayna Moskvaya PUA hücumu edib


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum cəhdinin qarşısı alındığını bildirib.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, PUA-ların Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyi bildirilir. Qeyd edilir ki, bloklanan hücumlar nəticəsində insan itkisi baş verməyib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabından verdiyi açıqlamada Ukraynanın PUA-larla hücum cəhdinin qarşısı alındığını, lakin düşən pilotsuz təyyarələrin Moskvada bəzi qüllələrə dəyərək zərər verdiyini, ölən və yaralanan olmadığını bildirib.

Digər tərəfdən, sosial mediada yayılan bəzi görüntülərdə Moskvanın göydələnlərinin yerləşdiyi Moskva Siti bölgəsində PUA-lardan birinin qəzaya uğraması nəticəsində partlayışın baş verdiyi əksini tapıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu