Pilotsuz təyyarələrlə Moskva və Sevastopol hücum


Rusiya Müdafiə Nazirliyi Ukraynanın Moskva və Sevastopol şəhərlərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum etməyə cəhd etdiyini açıqlayıb.


Paytaxt Moskva istiqamətində uçan 2 PUA-nın Kaluqa vilayətində Maloyaroslavski və Moskva vilayətində Odintsovo üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən havada məhv edildiyi bildirilən açıqlamada, "Sevastopol şəhəri yaxınlığında əməliyyatda 2 PUA hava hücumundan müdafiə sistemləri tərəfindən, 9-u elektron döyüş sistemləri ilə vuruldu. Hədəfə çata bilməyən PUA-lar Qara dənizə düşdü. Bloklanan terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb" - deyə qeyd edilib.

Moskva meri Sergey Sobyanin də sosial media hesabından açıqlama verərək, yerli vaxtla saat 04:00 radələrində hava hücumundan müdafiə sistemləri ilə Moskvaya doğru uçan bir PUA-nın Kaluqa bölgəsində, digərinin isə Mərkəzi Dairəvi Avtomobil Yolu ətrafında vurulduğunu bildirib.

Moskvanın Vnukovo və Domodedovo hava limanlarının mətbuat xidmətlərindən verilən açıqlamada, hücumun baş verdiyi saatlarda hava limanlarında uçuşların müvəqqəti olaraq dayandırıldığı, səhər yerli vaxtla saat 05:15-də uçuşların bərpa edildiyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu