Aİ: Avropada iqlim fəlakəti vəziyyəti həyəcan yaradır


Avropa İttifaqı (Aİ) Komissiyasının böhranların idarə olunmasından məsul üzvü Janez Lenarciç, Avropanın bir çox ölkəsinin bir tərəfdən daşqınlar, digər tərəfdən isə yüksək temperatur təhlükəsi ilə bağlı xəbərdar olduğunu açıqlayıb.


Lenarciç, Twitter sosial media platformasından verdiyi açıqlamada, "Avropadakı fəlakətli vəziyyət narahatedicidir" deyə bildirib.

Serbiyanın həm yüksək temperatur, həm də yağış səbəbiylə qırmızı həyəcan vəziyyətində olduğunu bildirən Lenarciç İsveç, Norveç, Avstriya, Macarıstan, Xorvatiya və Sloveniyada daşqın xəbərdarlığının verildiyini bildirib.

Janez Lenarciç Bolqarıstan, Yunanıstan, Yunan Kipr Administrasiyası, İspaniya, İtaliya, Fransa, Portuqaliya, Xorvatiya və Türkiyədə meşə yanğını təhlükəsinin olduğunu vurğulayıb.

Avropa fövqəladə hallara reaksiya koordinatoru kimi də fəaliyyət göstərən Lenarciç qeyd edib ki, Aİ vəziyyəti diqqətlə izləyir və kömək etməyə hazırdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu