Naxçıvanın Səhiyyə Nazirliyində yoxlamalara başlanılıb
Azərbaycan Respublikası Hesablama Palatası Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində yoxlamalara başlayıb.
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, Palata 2021-2022-ci illər üzrə səhiyyə müəssisələrinin maliyyə fəaliyyətini araşdırır.