Türk PUA-ları ABŞ mətbuatında


Türkiyə müdafiə sənayesinin fəxri olan PUA və SPUA-lar yenidən ABŞ mətbuatının gündəmini zəbt edib.


"American Business Insider" jurnalı Körfəz ölkələrinin Türk pilotsuz təyyarələrinə artan marağına diqqət çəkib və Bayraktar TB2-nin yüksəlişi ilə bağlı diqqətəlayiq bir analiz dərc edib.

Təhlil hesabatında Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin Türkiyə istehsalı olan PUA və SPUA-larla maraqlandığı vurğulanıb.

Qeyd olunub ki, Türkiyənin Yaxın Şərqdəki qonşuları ilə müdafiə sənayesi ticarəti artıb.

Prezident Ərdoğanın Ər-Riyad səfəri çərçivəsində rekord müqavilə imzalandığı xatırladılıb.

Xəbərdə Körfəz ölkələrinin daha əvvəl də Çin istehsalı olan dronlardan istifadə etdiyi paylaşılıb.

Ancaq Bayraktar TB2-nin sürətli yüksəlişinin Çin pilotsuz təyyarələrini də geridə qoyduğu bildirilib.

Körfəz ölkələrinin bir neçə il ərzində sürətlə türk pilotsuz təyyarələrinin ən böyük müştərisinə çevrildiyi vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu