KİV: Qara dənizdə Rusiya gəmilərinə edilən hücumlar səbəbindən neft qiymətləri artır
Ukraynanın həftə sonu daha bir Rusiya gəmisinə hücumundan sonra neft yüksəlməkdə davam edir və bu, Qara dənizdən neft və taxıl kimi əhəmiyyətli mal axınını təhlükə altına qoyur.
AFN.az xəbər verir ki, bu haqda “Bloomberg” yazır. "West Texas Intermediate" xam neftinin fyuçersləri əvvəlki iki seansda 4%-dən çox dəyər qazandıqdan sonra bu həftənin əvvəlində 83 dollara yaxın ticarət edilib. Şənbə günü dəniz pilotsuz uçan aparatı Moskvanın Suriyadakı qüvvələrini yanacaqla təmin edən Rusiya bayraqlı neft tankerini vurub. Media xatırladır ki, bunun ardınca cümə günü dəniz gəmisinə hücum olub.
Döyüş Rusiya mallarının Qara dəniz vasitəsilə ixracını təhlükə altına qoya bilər, OPEC+ ölkələrinin dünya bazarlarında gündəlik alqı-satqı etdiyi neftin 15%-dən 20%-ə qədəri və ölkədə istehsal olunan taxılın böyük hissəsi bu yolla keçir.
Sinqapurda yerləşən "Vanda Insights" şirkətinin təsisçisi Vandana Hari bildirib ki, Ukrayna dəniz qüvvələrinə məxsus pilotsuz uçan aparat həftə sonu Rusiya tankerinə hücum etdi və bu, artıq tədarükün kəsilməsi ilə üzləşən bazarda müəyyən narahatlıq yaradır. O, əlavə edib ki, ABŞ-da mümkün tənəzzüllə bağlı qorxuların azaldılması son dövrlərdə qiymətlərin artmasına səbəb olub.