İngiltərədə COVID-19-un yeni variantı olan "Eris" yayılır


Böyük Britaniyada COVID-19-un "Omicron" ştamının alt variantı olan "Eris"in (EG.5.1) bütün ölkəyə yayıldığı açıqlanıb.


Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatına görə, yeni "Eris" variantı ölkə üzrə hər 7 yeni hadisədən birinə təsadüf edir.

"Eris" Böyük Britaniyada "Arcturus"dan sonra ikinci ən çox yayılmış variant olaraq qeydə alınıb, bu halların təxminən yarısını 39,4 faiz təşkil edir.

Səlahiyyətlilər dünyada COVID-19 hadisələrinin artması davam etdiyi üçün vəziyyəti yaxından izlədiklərini bildiriblər.

Mütəxəssislər ölkədə COVID-19-a yoluxma hallarının artmasının iyulun 21-də "Barbie" və "Oppenheimer" filmlərinin nümayişindən sonra milyonlarla insanın kinoteatra axını ilə bağlı ola biləcəyini irəli sürüblər.

Güman olunur ki, insanların yaxın məsafədə qapalı və zəif havalandırılan ərazilərdə toplanması yoluxma sürətini artırmış ola bilər.

Bildirilir ki, xəstəliyə qarşı immunitetin azalması və COVID-19 peyvəndlərindən sonra müəyyən müddət keçməsi də halların artmasına səbəb ola bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu